17 məhkum həbsxanadan qaçıb? - Rəsmi açıqlama


17 məhkum həbsxanadan qaçıb? - Rəsmi açıqlama
2018-ci ilin birinci yarısında axtarışda olan təqsirləndirilən və itkin düşmüş şəxslər barədə statistika açıqlanıb.
Yayılan məlumata görə 2018-ci ilin birinci yarısınadək axtarışda olan təqsirləndirilən şəxslərin sayı 3 490 nəfərdir. Onlardan 1 882 nəfəri cari ilin birinci yarısında müəyyən edilənlərdir. 2018-ci ilin birinci yarısında axtarışda olanların sayı isə 1 608 nəfər təşkil edib.
Məlumatda o da qeyd olunur ki, hesabat dövründə cəzaçəkmə müəssisələrindən qaçanların sayı 17 nəfər olub. Bu ilin birinci yarısında qaçdığı müəyyən edilənlər 2 nəfərdir. Cəzaçəkmə müəssiələrindən qaçan və 2018-ci ilin birinci yarısında hələ də axtarışda olanların sayı 15 nəfərdir. Cari ilin birinci yarısında cəza çəkməkdən boyun qaçıranların sayı 21 nəfər təşkil edib.
Məsələni dəqiqləşdirmək üçün Bizimyol.info əməkdaşı Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovla əlaqə saxladı, o isə açıqlamasında bunun tamamilə yalan informasiya olduğunu bildirdi:
"Bu rəqəmlər saxta və həqqiəti əks etdirməyən rəqəmlərdir. Sizcə il ərzində 17 məhbus cəzaçəkmə müəssisəsindən qaçsaydı bunu gizlətmək olardı?

  • 19.09.2018, 19:56, Oxunub: 4 060
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar