Tramp Qarabağ münaqişəsinin həllindən danışdı


Tramp Qarabağ münaqişəsinin həllindən danışdı
ABŞ prezidenti Donald Tramp Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Bu barədə Tramp Ermənistanın müstəqillik günü münasibətilə baş nazir Nikol Paşinyana ünvanladığı təbrik məktubunda deyib.

"Gələcək aylarda Qarabağ münaqişəsinin nizamlanması üçün imkanlar açılacaq. Bu isə öz növbəsində ABŞ-Ermənistan əməkdaşlığı üçün də yeni imkanlar aça bilər. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinin tapılması istiqamətində tərəflərlə iş aparmağa hazırdır”, – deyə Tramp bəyan edib.

Məktubda həmçinin, Ermənistanda korrupsiya ilə mübarizə, qanunun aliliyinin təmin edilməsi, şəffaf məhkəmə sistemi və azad siyasi-iqtisadi rəqabət mühitinin yaradılması naminə Vaşinqtonun İrəvana dəstək verməyə hazır olduğu bildirilib.

  • 21.09.2018, 11:14, Oxunub: 2 219
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar