Naxçıvan alternativ enerji mənbələrinin inkişafında Avropa üçün nümunə ola bilər


Naxçıvan alternativ enerji mənbələrinin inkişafında Avropa üçün nümunə ola bilər
Naxçıvan Muxtar Respublikası (NMR) bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı sahəsində bəzi Avropa ölkələri üçün nümunə ola bilər.

Realliq.info xəbər verir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Bert Skufs Naxçıvan Muxtar Respublikasında (NMR) Avropa İttifaqı Gününə həsr olunmuş mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Belçika şirkətləri Naxçıvanda günəş enerjisinin generasiyası sahəsində fəaliyyət göstərirlər:

"Bir çox ölkələr enerji təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən danışırlar, amma praktikada böyük nəticələr əldə edə bilmirlər. Naxçıvanda isə həqiqətən enerji təhlükəsizliyi təmin olunur. Ümid edirik ki, bu sfera Naxçıvanda gələcəkdə daha da inkişaf edəcək. Naxçıvan Muxtar Respublikası (NMR) bərpa olunan enerji mənbələri sahəsinin inkişafında bir çox Avropa ölkələri üçün nümunə ola bilər".

Bundan başqa, tədbirdə iştirak edən Finlandiyanın Azərbaycandakı səfiri Arya Makkonen qeyd edib ki, ölkəsinin şirkətləri Naxçıvanda bərpa olunan enerji mənbələri sahəsində fəaliyyət göstərirlər.

Səfir əlavə edib: "Biz gələcəkdə bu sahədə əməkdaşlığın inkişafında maraqlıyıq".

  • 22.09.2018, 17:36, Oxunub: 1 267
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar