Əgər bu baş verərsə, Fələstini tanıyarıq - Koveney


Əgər bu baş verərsə, Fələstini tanıyarıq - Koveney
Fələstin ilə İsrail arasında sülh danışıqlarının irəliləyəcəyi təqdirdə İrlandiya Fələstini dövlət kimi tanıya bilər.

Realliq.info xəbər verir ki, bunu İrlandiyanın Xarici İşlər naziri Simon Koveney deyib.

O qeyd edib ki, İrlandiya Fələstini dövlət kimi tanıyarsa, başqa Avropa ölkələri də bənzər addım ata biləcək.

Koveney ABŞ Prezidenti Donald Trampın Fələstinə yardımları dayandırmasını xəta adlandırıb. O, ölkəsinin Fələstinə göstərdiyi 4,5 milyon avroluq yardımın 2,5 milyon avro artırılacağını bildirib.

  • 23.09.2018, 14:01, Oxunub: 1 743
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar