Putinin Bakıdan İrəvana verdiyi bu mesaj... – Şərh


Putinin Bakıdan İrəvana verdiyi bu mesaj... – Şərh
Putinin Bakıya qısamüddətli və işgüzar səfəri olduqca məzmunlu idi.

Bunu açıklamasında Rusiya Prezidentinin Bakıya səfərinin yekunu ilə bağlı danışan sabiq dövlət başçısı Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Putinin Bakıya səfəri Rusiyanın bölgədə ölkəmizə birinci dərəcəli əhəmiyyət verdiyinin və Azərbaycanı Cənubi Qafqazda əsas strateji tərəfdaşı olaraq qəbul etdiyinin bariz göstəricisidir:

“Bu, əlaqələrin gələcəkdə daha yeni məzmun çalarları ilə zənginləşməsinə böyük imkanlar açır. Səfər zamanı prezidentlərinin təkbətək görüşü xüsusi əhəmiyyətə malikdir. Bir müddət öncə Azərbaycan Prezidenti Soçidə rusiyalı həmkarı ilə 1 saatdan çox təkbətək görüş keçirmişdi. Hər iki görüşdə sırf Azərbaycanı maraqlandıran məsələlərin müzakirə edildiyi şəksizdir. Liderlərin bir ayda iki dəfə baş tutan və kifayət qədər məhsuldar keçən görüşü dövlətlərarası əməkdaşlığa ciddi aydınlıq gətirdi. Belə olan halda görüşlərdə Dağlıq Qarabağ məsələsi istiqamətində də məzmunlu fikir mübadiləsinin aparıldığına şübhə yeri qalmır. Danışıqların mahiyyəti açıqlanmasa da, Azərbaycanın strateji maraqlarına daxil olan Qarabağ məsələsi ilə bağlı bəlli bir qənaətə gəlindiyini düşünmək olar”.

Politoloq Rusiya və Azərbaycan prezidentlərinin Bakı görüşünün İrəvanı əməlli-başlı silkələdiyini deyib:

“Putinin Bakını seçərək İrəvanı arxa plana atması Ermənistana ciddi mesaj idi. Hər halda Paşinyan hökumətinin əvvəlki atmosferi xeyli dərəcədə aşağı düşüb və onlar artıq arxalarında hər hansı bir qəyyumun olmadığı reallığını dərk ediblər. Moskvanın İrəvanla bu cür davranışı göstərir ki, Kreml cırtdan Ermənistana əvvəlki kimi odlu-alovlu danışmağa imkan verməyəcək. Üstəlik, Paşinyan artıq danışıqlarla bağlı əvvəlki lovğalıq və təkəbbürünü davam etdirə bilməyəcək”.

Politoloq onu da qeyd edib ki, bu siyasi perspektivlər ruhlandırıcı məzmunda düşünməyə imkan verir:

“Rusiyanın Azərbaycana nümayişkarənə bir surətdə diqqət göstərməsi regionda bir çox ölkələrə nümunə olacaq. Çünki Bakı və Moskva arasındakı bağların artması qarşılıqlı etimad mühitini də gücləndirəcək”.

  • 28.09.2018, 15:22, Oxunub: 2 688
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar