Bakıda dəhşətli qəza: Avtobus qatarla toqquşdu - Video


Bakıda dəhşətli qəza: Avtobus qatarla toqquşdu - Video
Bakıda sərnişin avtobusu qatarla toqquşub.

Realliq.info Unikal.org-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Ölən və yaralananlar var. Sərnişinlərin əksəriyyətinin məktəbli olduğu bildirilir.

Hadisə nəticəsində yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.


  • 01.10.2018, 15:15, Oxunub: 7 595
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar