Gəncə Dövlət Universitetinin keçmişini unudan “ŞƏR MAŞINI” kimlərə xidmət edir?


Gəncə Dövlət Universitetinin keçmişini unudan “ŞƏR MAŞINI” kimlərə xidmət edir?
Son vaxtlar Gəncə Dövlət Universitetində baş verənlərlə bağlı ölkə mediasında müxtəlif səpgili yazılar dərc olunmaqdadır. Universitet rəhbərliyinin fəaliyyətindən narazı qalan insanların mediaya üz tutması və faktları ictimailəşdirməsi doğru addım hesab olunur. Fakt varsa təbii ki onun işıqlandırılması vacib şərtdir və aidiyyatı qurumların tədbir görməsinə əngəl qalmamalıdır. Lakin...
Anonim imza ilə bir sıra mətbu orqanlara yol tapan və universitetin, eləcədə Gəncə hadisələrini yanlış təhlil edənlər də az deyil. Professor və digər ziyalıları sevmədiyi üçün şantaj edən “professorlar”ların saxta imza altında gizlənməsi heç də xoş qarşılanmır. Atalar demiş “yalanın və ..... ömrü 40 gün çəkər”.

GDU – dan təlimat alan şantajın da ömrü 40 günü keçmədi. Universitet rəhbərliyini kənara qoyub, elmi, ziyalılığı ilə tanınan insanları imzasız və ya saxtalaşdırdığı adı ilə şantaj edən şəxsin kimliyi az zamanda bəlli oldu. Mediadakı “dostları” bu hörməti olmayan “professorun” adını və sirrini çox saxlaya bilmədilər. Yazıların mürəkkəbi qurumamış məlum oldu ki, mediada saxta imzası ilə çaşqınlıq yaradan şəxs GDU – nun “Ümumi Pedaqogika” kafedrasının müdiri Şahin Tağıyevdir.
Gəncə Dövlət Universitetinin keçmişini unudan “ŞƏR MAŞINI” kimlərə xidmət edir?
Şahin Tağıyevin siyasi əqidə baxımından dəyişkən həyat yolu var. Bir vaxtlar müxalif düşərgədə, daha sonra YAP sıralarında peyda olan bu “professorun” profisionallığına şübhə yoxdur. Tez-tez dəyişən əqidənin sahibinin Universitetdə prorektor kimi vəzifələri təmsil etməsi də onun hakim olana necə xidmət etməsinin nümünəsidir. İndi kafedra müdiri vəzifəsini tutan müəllimin yenə köhnə vərdişindən əl çəkməməsi “öyrəşən ...ə zaval yoxdur” məsəlini xatırladır.

Şahin Tağıyevin fəaliyyəti və keçmişi ilə bağlı Realliq.info – ya daxil olan məlumatlar hazırda araşdırılır. Lakin adını ziyalı və ya professor qoyan bir şəxsin köhnə təfəkkürü ilə imzasız şantajları narahat etməyə bilməz. Tağıyevin kimi istəmirsə qələmi ələ alaraq öz üslubuna və xarakterinə uyğun uydurmaları ilə insanları ləkələməyə cəhd etməsi ən azından şərəf və ləyaqıtin alçaldılması hesab olunur.
Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasını bazara çevirən “professorun” keçmişdə pozulan həyat yolu indiki problemlərin də yaranmasına səbəb sayıla bilər. Amma gec olmayaraq bu çirkin yoldan çəkilmək onun keçmişini unutmayanların gerçəkləri danışmasına əngəl ola bilər.

Ümid edək ki, Şahin Tağıyevi keçmişini daha yaxşı tanıyanlar onun indiki imzasız şantajlarının yaranma səbəbini də yaxşı bilirlər. Müxalifət düşərgəsindən YAP sıralarına hoppanmaq olar, amma vicdanı təmizləmək və təmsil etdiyinə sadiq olacağına inanmaq çətindir. Bir neçə ay öncə Gəncədə baş verən xoşagəlməz hadisələri, təxribatları da mətbuata ajiotaj yarada bilən xəbərlər formasında ötürən imzanın Şahin Tağıyevə məxsus olmasına şübhə qalmır.

İndi Universitetdə kafedra müdiri vəzifəsini tutan professor keçmiş rektoru da hədələyərək oğlunu müəllim kimi işə qoya bilib. Baxmayaraq ki, Tağıyevə oxşar xarakterli oğlu 5 ildir ki, GDU – nun Psixologiya kafedrasında görünmür. Universitet rəhbərliyi isə şantajçı müdirin çirkin fəaliyyətini dəstəkləməkdə davam edir...
Mövzuya qayıdacağıq
Realliq.info


  • 02.10.2018, 13:56, Oxunub: 7 637
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar