Bakı ilə münasibətlər Türkiyə üçün çox əhəmiyyətlidir - Səfir


Bakı ilə münasibətlər Türkiyə üçün çox əhəmiyyətlidir - Səfir
Azərbaycanla münasibətlər Türkiyə üçün müstəsna əhəmiyyətə malikdir.

Realliq.info xəbər verir ki, bunu ADA Universitetində keçirilən “Türkiyənin mədəniyyət diplomatiyası” panelində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral bildirib.

“Biz Dağlıq Qarabağ məsələsində də, başqa məsələlərdə də daim Azərbaycanın yanındayıq. Bu məsələdə Azərbaycana hər cür yardım göstərməyə hazırıq. Azərbaycan müstəqillik qazandığı gündən etibarən həmişə onunla olmuşuq və olacağıq”, - deyə vurğulayan diplomatın sözlərinə görə, iki ölkə arasında əlaqələrin mühüm istiqamətlərindən biri də mədəniyyət sahəsidir.

  • 02.10.2018, 16:26, Oxunub: 1 743
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar