Azərbaycan şəhəri Təbrizdə etiraz aksiyası


Azərbaycan şəhəri Təbrizdə etiraz aksiyası
Təbriz metrosunun tikintisində çalışan fəhlələr etiraz aksiyasına başlayıb.

Realliq.info xəbər verir ki, birinci qatar xəttinin tikintisində çalışan fəhlələr 6 aydır gecikən əməkhaqlarını tələb ediblər. Lakin polis fəhlələrin küçədə aksiya keçirməsinə icazə verməyib.

Təbriz Şəhərdaxili Qatar Təşkilatının icraçı direktoru Mustafa Mövləvinin sözlərinə görə, Təbriz metrosunda tikinti işləri 120 milyard tümən borca görə dayandırılıb.

Qeyd edək ki, Güney Azərbaycanda özəl və dövlət müəssisələrində çalışan əksər işçilər əməkhaqlarını vaxtında ala bilmir.

  • 03.10.2018, 18:00, Oxunub: 2 702
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar