Müəllimlər Günü necə yarandı? – Tarixçə


Müəllimlər Günü necə yarandı? – Tarixçə
Bu gün təhsil sistemində çalışan insanların peşə bayramı günü kimi qeyd edilir.

Realliq.info xəbər verir ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin, BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.

Müəllimlər Günü hazırda dünyanın 100-dən çox ölkəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə qeyd edilir.

Müəllimlər Günü Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində keçirilir.

Azərbaycanda bu bayram SSRİ Ali Sovetinin 1965-ci il 29 sentyabr tarixli qərarından sonra sentyabrın 29-da qeyd edilirdi. Lakin 1993-cü ildən bu bayramın hər il 5 oktyabrda qeyd edilməsinə qərar verilib.

  • 05.10.2018, 12:39, Oxunub: 3 920
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar