Şiddətli soyuqlar gəlir: "Kiçik buz dövrü" başlayır


Şiddətli soyuqlar gəlir: "Kiçik buz dövrü" başlayır
NASA yeni iqlim araşdırması ilə bağlı hesabatını yayımlayıb.

Realliq.info Qaynarinfo.az-a istinada xəbər verir ki, hesabata görə 18-ci əsrdə müşahidə olunmuş "Kiçik buz dövrü" yenidən yaşana bilər.

Mütəxəssislər Günəş ləkələri və Yerin ən üst təbəqəsi olan Termosferdə araşdırmalar aparıblar. Araşdırmalar nəticəsində Termosfer qatının soyuyaraq daraldığı, Günəş ləkələrinin isə ən aşağısəviyyəli hərəkətlilikdə olduğu üzə çıxıb.

Müxtəlif dövrlərdə azalıb çoxalan bu ləkələr iqlim şərtlərində önəmli rola malikdir. Ləkələrin az görünməsi və ya heç görünməməsi Yer kürəsinin istilik səviyyəsini müəyyənləşdirir. Belə ki, Termosfer qatı günəşdəki ləkələrin hərəkətliliyindən asılı olaraq isinir, bu hərəkətlilik az olduqda isə soyuyur. Mütəxəssislər belə bir şeyə sonuncu dəfə 18-ci əsrdə rast gəlindiyini və o dövrün tarixə "Kiçik buz dövrü" kimi keçdiyini xatırladıblar.

NASA xəbərdarlıq edir ki, vəziyyət bu cür davam etsə, bir neçə ay ərzində rekord soyuqlar müşahidə olunacaq.

  • 07.10.2018, 15:36, Oxunub: 1 960
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar