“Ampa” təkzib istəyir...


“Ampa” təkzib istəyir...

İkram Rəhimov: “Əflatun Məcidov təkzib istəmək əvəzinə qanunsuz əməllərinə son verməlidir”


Bir neçə gün öncə Şamaxı rayon sakini Əflatun Məcidov Realliq.info – ya məktub ünvanlayaraq onun və qardaşları, eləcədə də cinayət törətmiş bacısı uşaqları haqqında saytda dərc olunan məqaləyə etirazını bildirmiş və təkzib istəmişdi.
Müraciəti diqqətinizə çatdırırıq:


“ Hörmətli İkram müəllim.
10 sentyabr 2018 – ci il tarixdə saytınızda birbaşa mənim işgüzar nüfuzuma kölgə salan, həmçinin yaxın qohumlarımın və mənim mənəvi iztirab çəkməyimə səbəb olan, “Şamaxıda “Ampa” kabusu – Polis rəisinin qardaşı Əflatun Məcidovun “oğru ideyası” və biznesi” başlığı altında yazı dərc edilmişsiniz ( etmisiniz olmalıdır, lakin Əflatun bəy edilmişsiniz deyir).

Saytınızda dərc olunmuş məqaləyə görə Şamaxı şəhərində baş vermiş cinayət hadisəsi ilə bağlı saytınız tərəfindən aparılan araşdırmalar zamanı bəlli olub ki, bu hadisə Samir və Nadir adlı şəxslərin ilk cinayəti deyil. Rayonda bir çox hadisələrin səbəbkarı olan şəxslər bu günə qədər cəzadan yayına biliblər.
Həmin məlumat saytda dərc olunandan sonra Şamaxıdan redaksiyanıza bir sıra məktublar daxil olmuş. Həmin məktublarda qeyd olunanları araşdıran Realliq.info cinayət törədən şəxslərin himayədarını üzə çıxarıb. Bundan sonra saytınızda mənə “Ampa” ləqəbi verilərək heç bir əsası olmayan böhtan xarakterli ifadələr yazmışsınız.
“Ampa” təkzib istəyir...
Bildirmək istəyirəm ki, yayımladığınız xəbərdə mənim qanunazidd əməllərim nəticəsində cinayətlər təşkil etməyim və bu yolla külli miqdarda gəlir əldə etməyimin heç bir faktiki və ya qanuni bir əsası yoxdur.
Həmçinin Samir və Nadir adlı şəxslərin mənim qohumum olması olan cinayət əməllərinin mənimlə bağlı olması anlamına gəlmir. Mənim hər hansı biznesimin olması, maddi vəziyyətimin normal olmasının qeyd edilən cinayət hadisəsi ilə nə kimi əlaqəsi ola bilər”.


Daha sonra Əflatun Məcidov AR qanunlarını əsas gətirərək yazıya təkzib verilməsini və ondan üzr istəməyimizi qeyd edir.

“Ampa” ləqəbli Əflatun Məcidovun Realliq.info – da dərc olunan yazıya təkzib istəməsi və bunu həyata keçirilib – keçirilməyəcəyi ilə bağlı Realliq.info saytının baş redaktoru İkram Rəhimovun münasibətini öyrəndik. Baş redaktor bildirdi ki, “AMPA”- nın redaksiyamıza ünvanladığı məktubda qeyd olunanlar və tələb olunanların heç bir əsası yoxdur: “Əflatun Məcidovun ünvanladığı məktubda şərəf və ləyaqətinin alçaldılması ilə bağlı qeyd etdiklərinin əsası yoxdur. Realliq.info – da dərc olunan yazı həqiqəti əks etdirir və fakta təkzib vermək kimi məntiq yoxdur. Əflatun Məcidova “Ampa” adını biz qoymamışıq. Onun qardaşları və qohumları redaksiyamıza gələndə belə etiraf ediblər ki, onun rayonda ləqəbi “Ampa”dır. Sosial şəbəkələrdə “oğru aləmi”nin fəal üzvü kimi ona “AMPA” deyilir və bu barədə kifayət qədər fakt var.

Şamaxıda aparılan çəkilişlər zamanı da sadə vətəndaşlar Əflatun Məcidovu adı ilə deyil ləqəbi ilə çağırıblar. İkinci məsələ, Məcidov özü qeyd edir ki, onun bacısı uşaqları cinayət törədib və həbsdədirlər. Lakin bu cinayətin onunla bağlı olmadığını qeyd edir. Mən ona xatırladıram ki, Məcidovun qanunsuz əməllərini təsdiq edən bir çox faktlar var və onlar ardıcıl olaraq saytda ictimailəşdiriləcək.”
“Ampa” təkzib istəyir...
Daha sonra baş redaktor qeyd etdi ki, Realliq.info – da dərc olunan məqalədən sonra Əflatun Məcidovun polis rəisi olan qardaşı Rauf Məcidov vəzifəsindən kənarlaşdırılıb: “Bildiyiniz kimi saytda dərc olunan yazıdan sonra adıçəkilən şəxsin Tərtər rayonunda polis rəisi olan qardaşı cəzalandırıldı və vəzifəsindən kənarlaşdırıldı. Hazırda digər qardaşları Şirvan şəhər prokurorunun müavini işləmiş Seyidəli Məcidovun və Şamaxı Polis Şöbəsində aparıcı müstəntiq olan Ramiz Məcidovun fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir. Əflatun Məcidovun özü və qardaşlarının saytımıza təzyiqlərinə baxmayaraq bu şəxslərin bir şəbəkə halında qanunları pozduğunu sübut edəcək kifayət qədər faktlara sahibik. Unutmayaq ki, “AMPA” və onun qohumları icra başçısına qarşı üsyan qaldıran və yol polisini hədələyən, vətəndaşların evinə girərək onlara hücum edən şəxslərdir. İndi çalışırlar ki, cinayət törədən bacısı uşaqlarını həbsdən xilas etsinlər. Bu şəxsin ətrafında olan Sadiq adlı şəxsin hansı əməllərin sahibi olduğu da bəllidir. Ona görə “Ampa” Realliq.info – dan təkzib istəmək əvəzinə qanunsuz əməllərinə son verməlidir. Bu ölkə qanunlarla idarə olunur və Məcidovlarda qaydalara əməl etməlidir”.


Baş redaktor İkram Rəhimov sonda qeyd etdi ki, yaxın günlərdə Əflatun Məcidov və onun qardaşlarının fəaliyyəti ilə bağlı geniş araşdırmalar oxuculara təqdim olunacaq.
Elmidar
Realliq.info


  • 09.10.2018, 09:55, Oxunub: 10 955
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar