Bakıda hərbi gəmilər inşa olunacaq - 500 milyonluq müqavilə


Bakıda hərbi gəmilər inşa olunacaq - 500 milyonluq müqavilə
Fransanın "Naval Group” şirkəti bu yaxınlarda "Adroit” tipli üç patrul gəmisinin sifarişi ilə bağlı Azərbaycanla müqavilə imzalayacaq.

Müqavilənin dəyəri 400-500 milyon avro civarında qiymətləndirilir. Sifariş "Adroit” tipli, "OPV 90” mülki və hərbi missiyaların yerinə yetirilməsi üçün üç "Gowind” patrul gəmisinin satılmasından ibarətdir. "OPV 90" gəmiləri əsas olaraq Xəzər dənizinin sahilində yerləşən yerli tikinti sahəsində - "Baku Shipyard”da müştərək inşa ediləcək.

Məlumata görə, bu gəmilər az silahlanmış olacaq və Azərbaycana Xəzər dəniz sularındakı sektorunu və təbii ehtiyatlarını etibarlı şəkildə qorumağa imkan verəcək. "OPV 90" gəmisi 140 kvadrat metr sahəsi olan platformaya, geniş panorama görüntüsünə, 10 tonluq helikopter üçün meydançaya və 5 tonluq helikopter üçün anqara malikdir. Göyərtənin aşağı hissəsində operativ manevrlər üçün sərt korpuslu 2 şişmə qayıq yerləşdirilir. Bu göstəricilər gəminin genişləndirilmiş iş imkanlarını nümayiş etdirir. Fransa gəmisində də bu xüsusiyyətlər var.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin tələbi ilə gəmi əlavə funksiyalarla təchiz ediləcək. Belə ki, onun ön hissəsinə gəmi əleyhinə raket qurğusu, RƏM qurğusu, elektron "müharibəyə" qarşı mübarizə qurğusu yerləşdiriləcək. Bundan əlavə, yan tərəflərdən gəmi fırtına zamanı artırılmış möhkəmliyi təmin etmək üçün sabitləşdirici qanadlarla təchiz olunacaq.

Həmçinin, gəmidə "Polaris” hərbi idarəetmə sistemi quraşdırılacaq, bu isə vaxta zabitinə taktik vəziyyətin tam mənzərəsini verir və digər gəmilərlə məlumat mübadiləsinə imkan verən rabitə moduluna malikdir. Gəmi 6 min milə (12 min km) qədər məsafə qət edə bilər, bu gəminin ömrü təxminən 30 ildir.

Qeyd edək ki, Fransanın "Naval Group” şirkəti 25-27 sentyabr tarixlərində Bakıda keçirilən "ADEX-2018" üçüncü Beynəlxalq müdafiə sərgisində özünün "OPV-90" mühafizə gəmisinin layihəsini təqdim edib.

  • 09.10.2018, 15:57, Oxunub: 1 267
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar