Bakcell daha bir iri karyera sərgisində iş müsahibələri keçirib


Bakcell daha bir iri karyera sərgisində iş müsahibələri keçirib
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell, oktyabrın 5-də "Geniş imkanlara kiçik addımlarla” devizi altında Baku City Circuit (BCC) Akademiyası və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") birgə təşkil etdiyi karyera sərgisində aktiv iştirak edib.

BCC Akademiyasında keçirilən tədbirdə 40-a yaxın aparıcı şirkət gənc mütəxəssislərə karyera imkanları və təcrübə proqramları barədə məlumat təqdim edib.

Tədbir zamanı iştirakçılara Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə geniş məlumat verilib. Şirkət nümayəndələri işaxtaranlar və potensial namizədlərlə müsahibələr keçirib. Tədbirdə quraşdırılmış Bakcell stendi hər zaman olduğu kimi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Ümumiyyətlə, sərgidə Formula 1 Azərbaycan Qran Prisi və digər mühüm tədbirlərdə iştirak etmiş könüllülər daxil olmaqla 900-dan çox tələbə iştirak edib.

Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən Bakcell şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənc mütəxəssislərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Təkcə cari il ərzində şirkət bir sıra iri karyera sərgisində iştirakla yanaşı özünün ənənəvi yay təcrübə proqramını elan edib və gənclərin karyera və təhsilinə dəstək məqsədini daşıyan digər layihələri uğurla həyata keçirib.

Bakcell şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.
Bakcell daha bir iri karyera sərgisində iş müsahibələri keçiribBakcell daha bir iri karyera sərgisində iş müsahibələri keçiribBakcell daha bir iri karyera sərgisində iş müsahibələri keçiribBakcell daha bir iri karyera sərgisində iş müsahibələri keçirib

  • 09.10.2018, 16:32, Oxunub: 1 043
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar