Beynəlxalq reytinqdə yalnız bu universitetimiz var - Foto


Beynəlxalq reytinqdə yalnız bu universitetimiz var - Foto
Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkəti ali məktəblərin beynəlxalq reytinq siyahısını açıqlayıb.

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, dünyanın 20 min top universitetini araşdıran şirkət, siyahıya yalnız 1000 top universiteti daxil edib. 2018-ci il sentyabr ayının nəticələrinə əsasən, Azərbaycandan yalnız Bakı Dövlət Universiteti reytinqdə 801+ yerdə qərarlaşıb.

Reytinqin tərtib olunmasında akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınıb.

Bununla yanaşı, “Beynəlxalq reytinqinin (RUR-2018) 2018-ci il üzrə nəticələrinə əsasən, BDU bu qurumun siyahısında 686-cı yerdə qərarlaşıb. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti 762-ci yerlə Azərbaycandan reytinqə düşən növbəti universitetdir.

BDU eyni zamanda, dünyanın 30 minədək ali təhsil müəssisəsini əhatə edən “Vbometriks”in 2018-ci il reytinq cədvəlinə də düşüb. Bu universitetimiz (3656) Top-5000 universiteti siyahısında yer alıb. BDU-dan sonra Azərbaycan Dövlət İqtisad Universiteti və ADA Universiteti müvafiq olaraq 5817 və 6495-ci yerlərdə qərarlaşıb.
Beynəlxalq reytinqdə yalnız bu universitetimiz var - Foto

  • 09.10.2018, 20:06, Oxunub: 1 533
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar