Vasif Talıbovdan fərman: Struktur təsdiqləndi


Vasif Talıbovdan fərman: Struktur təsdiqləndi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Realliqşinfo xəbər verir ki, fərmanla Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti haqqında Əsasnamə və Departamentin strukturu təsdiq edilib.

Turizm Departamenti Aparatının işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə həmin fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • 09.10.2018, 21:49, Oxunub: 1 855
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar