Bakı 10 döyüş təyyarəsi aldı, 15-ni isə sifariş etdi


Bakı 10 döyüş təyyarəsi aldı, 15-ni isə sifariş etdi
Azərbaycan İtaliyadan 10 ədəd “M-346” tədris-döyüş təyyarəsini əldə edib və 15 belə təyyarəni sifariş edib.

“M-346” İtaliya və başqa ölkələrin Hərbi-Hava Qüvvələrinin pilotlarının uçuş hazırlığı üçün nəzərdə tutulmuş təyyarədir. Təyyarə iki “F-124-GA-200” turboreaktiv mühərriki ilə təhciz edilib. Bu mühərriklər hava gəmisinə saatda 1050 kilometr sürətə çatmağa imkan verir. “M-346” 3 tona qədər çəkisi olan mərmilər və bomba daşıya bilir.

İtaliyanın Hərbi Hava Qüvvələrinin silahlanmasında 18 belə təyyarə var. Belə təyyarələrin sayı Sinqapurda 12, İsraildə 30, Polşada isə 8 ədəddir.

Təyyarələri istehsal edən “Leonardo Aircraft” şirkətinin müştəriləri arasında Azərbaycan Müdafiə Nazirliyi də var. Azərbaycan bu təyyarələri ilk dəfə 2017-ci ilin mayında nümayiş etdirmişdi.

  • 09.10.2018, 23:29, Oxunub: 1 232
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar