Trampın Qarabağ mesajı - Səfirin şərhi


Trampın Qarabağ mesajı - Səfirin şərhi
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni həll yollarının axtarışı imkanlarını görür.

Bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz prezident Donald Trampın Qarabağ münaqişəsinin həlli üçün yeni imkanların yaranması barədə bəyanatını şərh edərkən deyib.

“Düşünürəm ki, Trampın bəyanatında sirr yaxud gizli mesajlar yoxdur. Biz ölkələrdə siyasi prosesləri görürük. Bu, ötən il Azərbaycanda keçirilən seçkilər və may ayında Ermənistanda baş verən hadisələrdir. ABŞ prezidentinin müraciəti onunla bağlıdır ki, o, hər iki ölkədə Qarabağ münaqişəsinin nizamlanmasında yeni həll variantlarının axtarılmasına kömək edəcək yeni impuls və əhval-ruhiyyə görür”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Tramp Ermənistanın müstəqillik günü münasibəti ilə baş nazir Nikol Paşinyana göndərdiyi təbrik məktubunda yaxın aylarda Qarabağ nizamlanması üçün yeni imkanların açılacağını bildirib.

  • 09.10.2018, 23:31, Oxunub: 1 029
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar