Kamran Əliyev qızına 400 minlik toy edən idarə rəisindən danışdı


Kamran Əliyev qızına 400 minlik toy edən idarə rəisindən danışdı
"Bakı Lift təmiri və İstehsalat İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürov barəsində cinayət işinin istintaqı davam etdirilir”.

Bu sözləri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, baş prokurorun müavini Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda intensiv istintaq əməliyyat tədbirləri həyata keçirilir.

“Həmin qurumda yoxlamalar davam etdirilir. Nəticədə obyektiv qərar veriləcək”.

K.Əliyev əlavə edib ki Q.Şükürov barəsində əlavə olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddəsi ilə də iş başlanılıb.

Qeyd edək ki, Q.Şükürov ötən il qızına 400 min manatlıq toy etməklə gündəmə gəlmişdi. Bir müddət əvvəl isə vəzifəsindən azad edilib, barəsində cinayət işi açılıb.

  • 09.10.2018, 23:52, Oxunub: 1 092
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar