Almaniyadan möhtəşəm mövqe: Dağlıq Qarabağ və 7 rayon…


Almaniyadan möhtəşəm mövqe: Dağlıq Qarabağ və 7 rayon…
Bundestaqın sağçı radikal AfD fraksiyasının AFR hökumətinə “Almaniya-Ermənistan münasibətləri” mövzusunda göndərdiyi sorğu və aldığı cavab diqqətçəkiciliyi ilə seçilib.

Realliq.az xəbər verir ki, Almaniya mediası sorğuda həmçinin Dağlıq Qarabağla bağlı bəzi sualların yer aldığını yazıb.

Almaniya hökumətinin sözügedən sorğuya cavabının girişində xüsusi qeyd olunub ki, AFR “Almaniya-Ermənistan münasibətləri” dedikdə AFR-Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir.

“AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır”, - cavabda konkret olaraq bildirilib.

Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib.

Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.

  • 10.10.2018, 13:32, Oxunub: 2 303
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar