İtkin düşmüş jurnalistin nişanlısı Ağ evə dəvət olundu


İtkin düşmüş jurnalistin nişanlısı Ağ evə dəvət olundu
ABŞ prezidenti Donald Tramp itkin düşmüş səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı ilə görüşəcəyini bildirib.

Realliq.info report-a istinadən bildirir ki, bunu o, Türkiyə tərəfindən azadlığa buraxılan keşiş Endryu Branson ilə Ağ evdə görüşü zamanı deyib.

"Biz onun nişanlısını Oval kabinetə dəvət etmişik", - deyə prezident vurğulayıb.

O, həmçinin etiraf edib ki, Səudiyyə Ərəbistanından olan jurnalistin axtarışlarının müsbət nəticələnəcəyinə ümid bəsləmir.

Qeyd edək ki, oktyabrın 12-də Türkiyə məhkəməsi tərəfindən azadlığa buraxılan amerikalı keşiş Endryu Branson şənbə günü Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

  • 14.10.2018, 15:45, Oxunub: 1 379
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar