Trampın şok Branson planı: Türkiyəyə qarşı nələr olacaqdı?


Trampın şok Branson planı: Türkiyəyə qarşı nələr olacaqdı?
ABŞ Prezidenti Donald Trampın Bransonla bağlı bir müddət əvvəl atmağı planlaşdırdığı addımlar ictimaiyyətə bəlli olub.

Realliq.az xəbər verir ki, Trampın planları ilə bağlı məlumatı ABC televiziyası yayıb. Məlumata görə, Bransona görə Tramp avqustun sonunda Türkiyədən bütün ABŞ diplomatik korpusunu çıxarmağı planlaşdırırmış.

“Nə zamansa biz Türkiyə ilə münasibətlərin tam parçalanmasından qorxurduq. Münasibətlərin kəsilməsi ABŞ-ın Türkiyədəki səfirinin səlahiyyətlərini müvəqqəti icra edən şəxsin Vaşinqtona çağırılmasından başlayacaqdı. Belə ki, Türkiyədə ABŞ-ın 2017-ci ilin oktyabrından səfiri yoxdur. Tramp səfirliyi və NATO-nun Türkiyədəki bütün diplomatik missiyalarını 60 gün ərzində bağlamağı planlaşdırırdı. Əvvəlcə ən yüksəkvəzifəli diplomat, ardınca isə diplomatik korpusun bütün nümayəndələri geri çağırılacaqdı”, – deyə televiziyanın mənbəsi bildirib.

ABC-nin Tramp administrasiyasındakı başqa bir mənbəsi isə ABŞ Dövlət katibi Mayk Pompeonun bu plana qarşı kəskin müqavimət göstərdiyini deyib:

“Pompeo israrla bildirirdi ki, bu plana yalnız ən son halda baxıla bilər. Bu addım atılacağı təqdirdə ABŞ-ın NATO-dakı əsas müttəfiqləri ilə münasibətləri korlanacaqdı. Bu planda həmçinin Türkiyə biznesmenləri və məmurlarına qarşı sanksiyaların genişləndirilməsi məsələsi də yer alırdı. Əgər Branson azadlığa buraxılmasaydı, bu plan daha ciddi şəkildə müzakirəyə çıxarılmış olardı”.

  • 15.10.2018, 10:40, Oxunub: 1 260
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar