Sürüşmə zonasında son durum: Mayaklar quraşdırıldı - Video


Sürüşmə zonasında son durum: Mayaklar quraşdırıldı - Video
Oktyabrın 14-dən 15-nə keçən gecə Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edib.

Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, gecə saatlarında nazirlik əməkdaşları sürüşmənin qarşı tərəfində olan yaşayış evlərinin hasar divarlarındakı çatların üzərində gips mayaklar quraşdırıblar:

"Mayaklar oradakı gərginlik və dinamikanın müşahidə edilməsi üçün quraşdırılıb".

Nazirlik rəsmisi qeyd edib ki, qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirirlər.

Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.


  • 15.10.2018, 11:03, Oxunub: 1 456
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar