İlhamə Quliyevanın oğlunun yeni əməlləri üzə çıxdı


İlhamə Quliyevanın oğlunun yeni əməlləri üzə çıxdı
Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı və vərəsəsi olan Gülbahahar Quliyeva Orxan Nadirov haqqında polisə şikayət edib.

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, İlhamə Quliyevadan qalma miras mənzil G.Quliyeva tərəfindən qəbul etdikdən sonra müəyyən olunub ki, mənzilin əşyalarının böyük hissəsi Orxan Nadirov tərəfindən talanaraq satılıb.

Bundan başqa, o da müəyyən olunub ki, O.Nadirov İ.Quliyevaya məxsus BMW markalı avtomobili sürücüsü Vüsalın əlindən alaraq satıb.

G.Quliyeva O.Nadirov haqqında Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.

Qeyd edək ki, O.Nadirov oktyabrın 5-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

O.Nadirov ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında, 73 yaşında dünyasını dəyişib.

  • 15.10.2018, 14:55, Oxunub: 728
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar