Senatorlar Durbin ve Dakuort ABŞ Azərbaycanlılarını təbrik ediblər


Senatorlar Durbin ve Dakuort ABŞ Azərbaycanlılarını təbrik ediblər
İllinoys ştatından olan senatorlar Temmi Dakuort və Riçard Durbin Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 27-ci ildönümü münasibətilə İllinoys Azərbaycan icmasının üzvlərinə təbrik məktubları göndəriblər.

ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan mərkəzinə ünvanlanmış məktublarda deyilir ki, "təşkilatın fəaliyyəti, həyata keçirdiyi təhsil və xeyriyyə tədbirləri Çikaqonun ictimai həyatını zənginləşdirir. Təşkilatın üzvləri Amerika gənclərini Azərbaycan xalqının tarixi ilə, bu xalqa xas olan dəyərlərlə tanış edirlər".

Müraciətdə həmçinin qeyd edilir ki, bütün dünyadakı 50 milyondan çox azərbaycanlı, o cümlədən ABŞ-dakı 400 minlik Azərbaycan icması müstəqil Azərbaycanı quranların bu işə töhfəsini xatırlayırlar. (Turan.az)

  • 17.10.2018, 12:20, Oxunub: 350
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar