Yeni il ərəfəsində əfv olmayacaq


Yeni il ərəfəsində əfv olmayacaq
Bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsindən əfv sərəncamı imzalanmayacaq.

Bu barədə Modern.az-a Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Komissiya üzvü bildirib ki, sonuncu əfv sərəncamı may ayında, Cümhuriyyətin 100 illiyi ərəfəsində verilib:

“Həmin sərəncamla 634 nəfər cinayət məsuliyyətindən azad edildi. Ona görə də bu tezliklə yeni sərəncamın veriləcəyini güman etmirəm. Amma təbii ki, əfvlə bağlı bütün səlahiyyətlər Prezident İlham Əliyevdədir. Ölkə başçısı istədiyi vaxt belə bir sərəncam verə bilər”.

Ə.Nuriyev qeyd edib ki, daimi olaraq, Komissiyaya müraciətlər daxil olur:

“Müraciətlər ayrı-ayrı şəxslərdən, onların vəkillərindən, eyni zaanda deputatlardan və s. gəlir. Amma Komissiyanın toplanması, ilin sonunda yeni bir sərəncamın imzalanacağını real hesab etmirəm”.

  • 17.10.2018, 14:29, Oxunub: 420
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar