Corabla yatmağın faydaları


Corabla yatmağın faydaları
Normal yuxu insanın sağlamlığında ən önəmli rollardan birini oynayır.

Realliq.info axşam.az-a istinadən bildirir ki, keyfiyyətsiz yuxu, yuxunun az olması ürək-damar sistemi xəstəliklərinin, maddələr mübadiləsi və sinir sisteminin fəaliyyətində pozulmaların, hətta xərçəngin riskini artırır.

Yuxuya tez getməsi, yuxunun daha dərin olması üçün mütəxəssislər corabda yatmağı tövsiyə edirlər. İsveçrədə aparılmış bir araşdırma zamanı iştirakçıları 2 qrupa bölüblər. Bir qrupa corabda, digər qrupa corabsız yatmağı tapşırıblar. Bir müddətdən sonra corabda yatan iştirakçılar etiraf ediblər ki, daha tez yuxuya gedir, gecə daha az oyanır, səhər özlərini daha gümrah hiss edirlər.

Mütəxəssislərin fikrinə görə, bunun səbəbi damarların genişlənməsi və bədənin termorequlyasiyasının tənzimlənməsidir.

Mütəxəssislər yatmazdan əvvəl təmiz, rezini sıx olmayan (ayaqları sıxmasın deyə) pambıq corab geyinməyi tövsiyə edirlər.

  • 22.10.2018, 09:46, Oxunub: 1 995
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar