Bahalı onkoloji preparatların saxtaları yayılır – Apteklərə və xəstəxanalara da yol tapıb


Bahalı onkoloji preparatların saxtaları yayılır – Apteklərə və xəstəxanalara da yol tapıb
Rusiyada bahalı onkoloji preparatların saxtalaşdırılması ilə bağlı qrupun izinə düşüblər.

Medicina.az xəbər verir ki, Rossdravnadzor dələduzların daha tələbatlı olan Herseptin adlı preparatın saxtasını hazırladıqlarını aşkarlayıb. Dərmanın qutusu olduğu kimi hazırlanır, içindəki tabletlər isə kustar üsulu ilə hazırlanır. Böyük bir dərman partiyası cəlbeidici qiymətə olduğundan apteklər şəbəkəsinə, hətta xəstəxanalara da daxil olub.

Laboratoriyada dərmanların ekspertizası göstərdi ki, preparatın keyfiyyəti yoxdur, tamamilə başqa tərkibdədir.

Dələduzlar klinika və apteklərdə dərmanların ikincili satış üçün dövriyyəyə buraxıldığını deyərək, orijinallığına inandırıblar. Belə ki, dərman bazarına ikinci dövriyyəyə o halda buraxılır ki, dispanserlər dərmanları pasiyent adına yazıb silir və satır. Lakin bu dərmanların analizi göstərdi ki, preparatlar tamamilə saxtadır.

Şirkətin nümayəndəsi 1 milyon 150 min rublluq dərmanı Belqorod onkodispanserinə satarkən yaxalanıb. Saxta dərman hazırlayan şirkət və şəxslərə qarşı cinayət işi başlanılıb, hələ ki, yarım milyon rubl cərimə tətbiq olunub. Saxta dərmanlar isə müsadirə edilib.

Rusiyada Herseptin ilə müalicə olunan 12 000 xəstə var. Orijinal İsveçrə preparatının qiyməti 350-400 dollardır. Bu tələbatı nəzərə alaraq daha çox bu preparatın saxtalaşdırılması gəlirlidir

Bir neçə il öncə də Rostovda gizli anbarlarda iri miqyaslı saxta dərman istehsal edən dəstə aşkar edilmişdi. Qeyri-qanuni sexlərdə 700 min ampul aşkarlanmışdı.

Dələduzlar müqavilə bağlayan zaman ilk olaraq orijinal partiya gətirir, analizlərdən keçir, sənəd təqdim edir. Daha sonra saxta partiyanı gətirir.
Mütəxəssislər onkoloji xəstələr üçün ən çox tələbatlı bahalı dərmanların saxtalaşdırılmasının qarşısını almaq üçün xəstəxana və apteklərə verilən dərmanların xüsusi markirovkalanmasını irəli sürür.

  • 23.10.2018, 10:26, Oxunub: 812
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar