Gəncə Dövlət Universitetinin gizli eşq yaşayan rektoru döyüldü – Yusifov 21 günlük xəstəxanalıq oldu


Gəncə Dövlət Universitetinin gizli eşq yaşayan rektoru döyüldü –  Yusifov 21 günlük xəstəxanalıq oldu
Gəncə Dövlət Universitetindən Realliq.info – ya daxil olan məlumatda qeyd edilir ki, təhsil ocağının rəhbərinin səriştəsiz fəaliyyəti nəticəsində narazılıqlar artıb.
Bu yaxınlarda 80 illiyi qeyd olunacaq Universitetin rektor Yusif Yusifovun özəl qaydaları ilə bazara çevrildiyini yazan məktub müəllifləri aidiyyatı qurumların biganə münasibətinə təəssüfləndiyini bildirirlər.

Yusif Yusifov 2014 – cü ildə GDU – ya rəhbər təyin olunub. Bundan öncə universitetdə prorektor vəzifəsində çalışan Yusifovun keçmiş rektora qarşı narazı kütlə yaratdığı məlumdur. Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin dəstəyi ilə rektor vəzifəsini ələ keçirən şəxsin indi təhsil ocağında rüşvətxorluğu inkşaf etdirməsi narazılıqlara səbəb olub. Bundan başqa universitetdə müəllimlərə qarşı haqsız mövqeyi ilə seçilən rektor bəzi kafedra müdirlərinin və dekanların qanunsuz tələblərini dəstəkləyir. Məktub müəllifləri qeyd edirlər ki, Yusif Yusifovun dekan və kafedra müdirlərinə dəstək verməsinin arxasında şəxsi maraqlar dayanır.

Realliq.info – ya daxil olan məlumatda bildirilir ki, rektor Yusif Yusifovun xanım işçilərə qarşı münasibəti fərqlidir. Hətta belə münasibət sərgilədiyinə görə bir müddət öncə xanım işçisinin əri tərəfindən döyülüb və ağır xəsarət alıb. Hadisə universitetin əsas korpusunun qarşısında baş verib. Səhər işə gələn Yusif Yusifov qeyri rəsmi əlaqədə olduğu işçisinin əri ilə qarşılaşır. Rektorun qarşısını kəsən şəxs onu vuraraq yerə yıxır və sonra ayaqlamağa başlayır. Kənar şəxslərin müdaxiləsindən sonra, gizli eşq yaşayan rektoru qəzəbli şəxsin əlindən almaq mümkün olur. Hadisə nəticəsində ciddi xəsarətlər alan Yusif Yusifov 21 gün xəstəxanada yatır.
Qeyri – rəsmi sevgisinin cəzasını çəkəndən sonra çoxları “professorun” daha elmi işlərlə məşğul olacağını düşünürdü. Lakin, Yusif Yusifov döyülsədə yenə köhnə vərdişindən əl çəkməyib.

Redaksiyaya müraciət sahibləri Gəncə Dövlət Universitetində baş verənlərin Realliq.info tərəfindən araşdırılmasını xahiş edirlər. Onlar qeyd edir ki, universitetdə saxta diplomla işləyənlər az deyil. Hətta Gürcüstünın Marneuli universitetindən diplom alanlar da təhsil ocağına işə götürülüb. Baxmayaraq ki, Təhsil nazirliyi həmin diplomların saxta olduğunu və tanımadığını dəfələrlə bəyan edib.

Biz realliq.info olaraq Gəncə Dövlət Universitetində baş verənlərlə bağlı daxil olan məlumatları geniş araşdırırıq. Rektor Yusif Yusifovun döyülməsinin səbəbləri və saxta diplomla işə götürülənlərin adını növbəti yazıda açıqlayacağıq. Bununla yanaşı tələbələrdən hansı yollarla rüşvət yığılmasını da diqqətinizə çatdıracağıq.
Mövzu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
Realliq.info


  • 23.10.2018, 12:13, Oxunub: 45 500
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar