Putindən nüvə təhdidi: “Avropanı vurarıq”


Putindən nüvə təhdidi: “Avropanı vurarıq”
Realliq.info Ölkə.Az-a istinadən xəbər verir ki, ABŞ Soyuq Müharibə illəri dövründə imzalanan nüvə silahı müqaviləsindən çıxacağını açıqlayıb.

Sonra isə Avropa ölkələri ABŞ-ın nüvə raketlərinə yer verməyə razılıq veriblər. Putin isə bu Avropa ölkələrini hədəf almaq məcburiyyətində qalacaqlarını bildirib.

İtaliyanın baş naziri Cüzeppe Konti ilə görüşdən sonra mətbuat konfransında çıxış edən Putin Tramp ilə ABŞ-ın orta mənzilli nüvə raketləri müqaviləsindən çıxma planlarını müzakirə etmək istədiyini bildirib. Putin bildirib ki, əgər ABŞ müqavilədən çıxsa, Rusiya da eyni addımı atmaq məcburiyyətində qalacaq. Rusiya prezidenti əlavə edib ki, belə olsa, rəsmi Moskvanın cavab addımı çox sürətli olacaq.

Putin qeyd edib ki, əgər orta mənzilli nüvə raketləri Avropa ölkələrinə göndərilsə, Rusiya təbii olaraq bunun cavabını vermək məcburiyyətində qalacaq.

  • 25.10.2018, 18:12, Oxunub: 546
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar