Yol polisindən sürücülərə xəbərdarlıq: "Diqqətli olun!"


Yol polisindən sürücülərə xəbərdarlıq: "Diqqətli olun!"
Baş Dövlət Yol Polisi İdarəsi yol iştirakçılarının nəzərinə çatdırır ki, havanın kəskin dəyişməsini nəzərə alaraq, son dərəcə diqqətli olsunlar.

Realliq.info xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev baku.ws-ə açıqlamasında bildirib. Qurum rəsmisi vurğulayıb ki, sürücülər avtomobili idarə edən zaman mütləq ara məsafəsi saxlasınlar.

"Əlverişsiz hava şəraitində optimal sürət seçsinlər. İşıqlandırmanı düzgün təyin etsinlər”, - deyə Rüfət Quliyev bildirib.

Hava şəraitindən asılı olaraq, müəyyən yollarda sürət həddi aşağı salına bilər. Bu və digər addımlar yol iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün atılır.


  • 26.10.2018, 12:56, Oxunub: 602
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar