Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? (AÇIQLAMA)


Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? (AÇIQLAMA)
Qeyri-sabit hava şəraiti gün ərzində və oktyabrın 27-si səhər saatlarına qədər davam edəcək.

Bunu Qaynarinfo-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

"Ölkə ərazisində hava şəraiti dəyişib. Güclü şimal-qərb küləyi əsir, yağıntılar başlayıb. Sabah əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq və günorta saatlarından etibarən güclü şimal-qərb küləyi tədricən mülayimləşəcək. Noyabrın 28-29-u isə hava şəraitinin sabitləşəcəyi gözlənilir".

  • 26.10.2018, 12:58, Oxunub: 819
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar