“ABŞ Azərbaycana silah satışı həyata keçirəcək” – Açıqlama


“ABŞ Azərbaycana silah satışı həyata keçirəcək” – Açıqlama
ABŞ prezidenti D. Tramp Azərbaycana qarşı 907-ci “Azdlığa dəstək” aktını aradan qaldırarsa, bu birbaşa Vaşinqtonun dövlət yardımının alınmasına, xüsusi ilə silah satışına gətirib çıxara bilər. Con Boltonun “907” düzəlişi və silah ticarətini açıq qabartması Vaşinqtonun Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməyə hesablanıb. Donald Trampın yürütdüyü siyasətdə iqtisadi maraqlar əsas xətdir. Hazırda ABŞ böyük silah ticari sövdələşmələrinə gedir. Görünür, Tramp adminsrasiyası Azərbaycanla da silah sövdəşləməsinə getmək niyyətindədir. Bir tərəfdən ABŞ pulun qazanacaq, digər tərəfdən də Rusiyanın silah bazarını əlindən almaqla, regionda güclənəcək”.

Bizimyol.info xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Azərbaycana səfərinin məqsədlərini şərh edərkən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib. O, Boltonun Yerevandakı çıxışına diqqət çəkərək ABŞ-ın Rusiyanın silah bazarını sarsıtmaq məqsədi güddüyünü bildirib:
“ABŞ Azərbaycana silah satışı həyata keçirəcək” – Açıqlama
“C.Boltonun Yerevanda Ermənistan və Azərbaycanı ABŞ-dan silahlarını alması barədə açıqlaması, Rusiya silahlarının zəif olması barədə qeydləri, bir növ silah satışı bazarı uğrunda da mübarizəni göstərir. Silah alışı barədə Boltonun açıqlamaları, xüsusi ilə Azərbaycana mesajı idi. ABŞ adminstrasiyası yaxşı bilir ki, Ermənistanın maliyyə vəziyyəti ABŞ silahlarını almaq gücündə deyil. Simvolik olaraq Ermənistanın adın çəkdi. Qeyd edək ki, bu mesaj rəsmi Bakıya ünvanlanmışdı. Tramp Azərbaycanın Rusiyaya silah alışı üçün milyardları öz ölkəsinə yönəltməyə cəhd edir.

Azərbaycan ABŞ-la bu istiqamətdə diplomatik danışıqlar aparmalı və Trampın silah ticarəti siyasəti ilə sövdələşməyə gedib, Ermənistana qarşı siyasi cəhətdən möhkəmlənməlidir. Ölkəmiz milyard dollarla Rusiyanın yüksək dərəcədə ABŞ silahları yanında keyfiyyəti olmayan zirehli texnikalarını alır. Bu pulla ABŞ silahları alınarsa, müdafiə qabiliyyətimiz daha da güclənər.

Vaşinqton, həmçinin ona görə Azərbaycana silah satışında maraqlıdır ki, regionda şərtlər dəyişir və Boltonun təbirincə desək, ABŞ-ın xüsusi strateji tərəfdaşı olan Azərbaycan aqressiv qonşularından gələcək perspektivdə müdafiə olunsun. ABŞ-ın ölkəmizə silah satışı bəzi şirkətlər tərəfindən həyata keçirilib. Alınan ABŞ istehsallı bir neçə hərbi təyinatlı helikopterlər buna misaldır. Böyük silah müqaviləsi Bakı və Vaşinqtonu yaxınlaşdıra bilər. Bu da ölkəmizin ABŞ-ın İsrail kimi Cənubi Qafazda müttəfiqi ola bilər. Azərbaycanla müttəfiqlik Qarabağın azad olunmasına dəstəkdən getməklə, bununla ABŞ, Xəzər regionunda və Mərkəzi Asiyada təsirini artırmaqla regionda qalıcı ola bilər”.

  • 26.10.2018, 13:05, Oxunub: 987
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar