Milli komandann baş məşqçisi dəyişdirildi


Milli komandann baş məşqçisi dəyişdirildi
Yunanıstan millisində baş məşqçi dəyişikliyi olub.

Fanat.Az xəbər verir ki, Yunanıstan Futbol Federasiyası Mixal Skibbeni istefaya göndərib.

Buna səbəb komandanın uğursuz çıxışı olub. Belə ki, yunanlar Milətlər Liqasının son iki görüşündə - Finlandiya (0:2) və Macarıstana (1:2) uduzub. Yığma hazırda 4 turdan sonra 6 xalla qrupda 2-cidi.

Skibbeni yerli mütəxəssis Angelos Anastassiadis əvələyib. Onunla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Skibbe 2015-ci ilin oktyabrından Yunanıstan millisini çalışdırırdı.

  • 26.10.2018, 15:54, Oxunub: 2 436
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar