Azad Rəhimov: "Müsəlman ölkələrinə güzəşt ediləcək"


Azad Rəhimov: "Müsəlman ölkələrinə güzəşt ediləcək"
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməklə bağlı maliyyə çətinlikləri olan müsəlman ölkələrinə İslam Həmrəyliyi İdman Federasiyası köməklik göstərə bilər.

Realliq.info-nun məlumatına görə, bu barədə Azad Rəhimov bildirib.

O, qeyd edib ki, İslam Həmrəyliyi İdman Federasiyası maliyyə çətinlikləri olan müsəlman ölkələrinin nəqliyyat xərclərinin ödənilməsinə dəstək göstərməyə hazırdır:

“Hansı ölkələrdəki problemlər var, o ölkədən olan idmançıların sayı müəyyənləşdirilir. Gündəlik qalmaq və qida xərcləri üçün 50 dollar ödənilməsi nəzərdə tutulur. İnanıram ki, biz burada da güzəşt edə bilərik”.

  • 06.02.2017, 14:12, Oxunub: 1 176
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar