Sumqayıtda dövlət talanır – Aidiyyatı qurumlar SUSUR...


Sumqayıtda dövlət talanır – Aidiyyatı qurumlar SUSUR...

Anasının imzasını saxtalaşdırmaqla milyonları mənimsəyən Vüqar Qələndərov niyə cəzasız qalıb?


Vüqar Rəsul oğlu Qələndərov kimdir – Sumqayıtda böyük nifrət qazanmış, icra başçısı Zakir Fərəcovun və onun qudası Akif Zeynallının oğlu Kənan Zeynallı ilə şərik olub Dövlətin milyonlarla vəsaitini mənimsəyən, anasının – Qələndərova Gülşən Nəsrulla qızının imzasını saxtalaşdıraraq onun adı ilə qanunsuz sənədləşmələr aparan, həyat yoldaşının adına qanunsuz MMC yaradaraq qanunları kobud şəkildə pozan, özünü şəhərdə Prezidentin Mühafizə Xidmətinin rəhbəri Bəylər Eyyubovun qohumu adlandıraraq qanunsuz tikintilər aparan və bu kimi əməlləri ilə tanınan “məşhur sahibkar”. Bu şəxsin cinayət tərkibli əməllərini ört-bastır etməkdə olan Dövlət qurumaları onun növbəti qanunsuzluqlarına şərait yaratmaqdadırlar. Biz, Realliq.info olaraq bu şəxsin dövlətə vurduğu milyonlarla manat dəyərində ziyanı və digər əməllərini ifşa etməkdə davam edəcəyik. Bu şəxsin şəriki saydığlı Kənan Zeynallının da Atabank – ın Sumqayıt filialında həyata keçirdiyi özbaşınalıqlardan bəhs edəcəyik...
Sumqayıtda dövlət talanır – Aidiyyatı qurumlar SUSUR...
Bir neçə gün öncə Realliq.info – da Sumqayıtda fəaliyyət göstərən “Əli-94”, “Səda Store” və “Ən Ucuz” marketlər şəbəkəsinin qanunsuz fəaliyyəti haqda məlumat vermişdik. Qeyd etmişdik ki, bu mərketlərdən əlavə “Hiper” və “Göyçay” supermarketlərinin sahibi olan Vüqar Rəsul oğlu Qələndərov hər il saxtakarlıq yolu ilə milyonlarla manat dövlət əmlakını talayır. Konkret olaraq “Əli-94” və “Səda Store” ticarət mərkəzlərinin hər birində dövlət büdcəsindən il ərzində 1,5 və 1,9 milyon manat oğurlandığı haqda çox ciddi faktları ortaya çıxarmışıq. Sumqayıt şəhəri 17-ci mkr. M.Əsədov küçəsində yerləşən və sahəsi 3000 kv.metrdən artıq olan “Ən Ucuz” ticarət mərkəzində həyata keçirilən saxtakarlıq nəticəsində isə dövlətə 2 milyon manatdan artıq zərər vurulduğu barədə artıq oxucularımız məlumatlıdır.
Biz bütün yazılanlarla bağlı obyektiv araşdırma aparılacağına inanaraq, Azərbaycan dövlətini “ağac qurdu” kimi içəridən çökdürməyə çalışan, hər il büdcədən milyonlarla manat oğurlayan Zakir Fərəcov – Vüqar Qələndərov kimi saxta iş adamları haqda araşdırmalarımızı davam etdirməkdəyik. Çox təəssüf ki, Vüqar Qələndərovun qanunsuz əməlləri elə bir geniş sahəni əhatə edir ki, bu haqda faktları bir neçə qəzet yazıya belə yerləşdirmək mümkün olmur. Odur ki, digər iş adamlarının, xüsusən də supermarketlər şəbəkəsi sahiblərinin qanunsuz fəaliyyətinə keçmədən, bu dəfə də V.Qələndərovun talançılığından bəhs edəcəyik.
Sumqayıtda dövlət talanır – Aidiyyatı qurumlar SUSUR...
Vüqar Qələndərovun sahibi olduğu “Ən Ucuz” marketlər şəbəkəsinin filialının biri Sumqayıt şəhəri 9-cu mkr. Koroğlu küçəsində yerləşir. 3 mərtəbədən ibarət olan bu supermarketin sahəsi 2400 kv.metrdir. Binanın birinci və ikinci mərtəbəsi pərakəndə satış sahəsidir. Üçüncü mərtəbəsi isə “Hədəf kursları”na “bəxşiş” edilib. Ona görə “bəxşiş edilib” deyirik ki, bu haqda heç bir rəsmi müqavilə yoxdur və heç bir dövlət idarəsinə də vergi verilmir.


40 nəfər işçinin adı gizli saxlanılır



Binanın birinci və ikinci mərtəbəsində yerləşən “Ən Ucuz” ticarət mərkəzində çalışan işçilərin sayı rəsmi sənədlərdə 20 nəfər göstərilir. Halbuki, əlimizdə olan “qara mühasibatlıq” sənədlərində işçilərin sayı 55 nəfərdir. Əlbəttə, digər ticarət mərkəzlərində olduğu kimi, bu supermarketdə də işçilərin sayının olduğundan dəfələrlə az göstərilməsi təsadüfi deyil. Belə ki, “Ən Ucuz” marketin sözügedən filialında 40 nəfərin adı Vergilər Nazirliyindən və DSMF-dən gizlədilməklə, yenə də külli miqdarda yeyintiyə yol verilir. Konkret olaraq, işçilərin əlimizdə olan maaş cədvəlinə əsasən deyə bilərik ki, 40 nəfərin orta aylıq əməkhaqqı toplam 12 000 manat edir və bu halda vergidən 2160 manat (12 000 manatın 18 faizi), DSMF-dən isə 3 000 manat (12 000 manatın 25 faizi) vəsait oğurlanır.

Dövriyyənin 400 min manatı gizlədilir



Üstəlik, “Ən Ucuz” marketlər şəbəkəsinin Sumqayıt şəhəri 9-cu mkr. Koroğlu küçəsində yerləşən filialının “qara mühasibatlıq” hesablarında orta aylıq satış dövriyyəsi 450 000 manat olduğu halda, rəsmi sənədlərdə cəmi 50 000 min manat göstərilir. Bütün bunlar isə bir daha təsdiq edir ki, “Ən Ucuz” ticarət mərkəzi aylıq satış dövriyyəsinin 400 min manatını gizlədir.
Şübhəsiz, bu məbləğ rəsmiyyətə cəlb olunacağı halda V.Qələndərov 18 faiz ƏDV ödəməli olacaqdı ki, deməli, bu vəsaitin (400 min manat) yayındırılması nəticəsində dövlət büdcəsindən 61 016 manat oğurlanıb.

32 min manatlıq gəlir vergisi oğurluğu...



Üstəlik, əgər bu şəxsin qəbul olunmuş 20 faiz orta rentabelliklə fəaliyyət göstərdiyini də nəzərə alsaq, bu halda vergidən yayındırılmış vəsaitin təxminən 320 min manatı xərc, 80 min manatı isə xalis gəlir olar. Həmin vəsaitin də (80 min manatı) 20 faizi gəlir vergisinə cəlb olunardısa, Vüqar Qələndərov əlavə olaraq hər ay 16 min manata yaxın da gəlir vergisi ödməyə məcbur olacaqdı. Halbuki, bu vəsait indiyə qədər V.Qələndərov tərəfindən mənimsənilir.
Bundan əlavə, əlimizdə olan sənədlərə əsasən onu da deyə bilərik ki, V.Qələndərov “Hədəf kursları”nın qanunsuz fəaliyyətinə şərait yaratmaqla hər ay 1120 manat, şəkildən də göründüyü kimi, binanın birinci mərtəbəsinin mağaza kimi fəaliyyət göstərən qabağa artırılmış hissəsindəki saxtakarlıq nəticəsində isə 1820 manat həcmində yeyintiyə yol verir.


Hər ay dövlətdən 85 116 manat oğurlayır



Beləliklə, “Realliq.info” nun əməkdaşının apardığı araşdırma nəticəsində məlum olur ki, Sumqayıtdakı “Ən Ucuz”, “Hiper”, “Səda Store”, “Göyçay” və digər marketlər şəbəkəsinin sahibi olan Vüqar Qələndərov təkcə “Ən Ucuz” marketlər şəbəkəsinin 9-cu mkr. Koroğlu küçəsində yerləşən filialında apardığı saxtakarlıqlar nəticəsində hər ay dövlət büdcəsindən toplam olaraq 84 144 manat oğurlayır. Hansı ki, bunun da 61 016 manatı ƏDV-dən, 16 min manatı gəlir vergisindən, 3 000 manatı DSMF-dən, 2160 manatı vergisindən, 2940 manatı isə saxta icarə müqaviləs nəticəsində büdcədən yayındırılan pullardır. Bu isə o deməkdir ki, Vüqar Qələndərov il ərzində dövlət büdcəsindən 1 021 392 (1 milyon, 021 min, 392) manat oğurluq edir.

“Göyçay” ticarət mərkəzindəki talan...



Sumqayıt şəhəri H.Əliyev prospekti 22-ci məhəllədə yerləşən “Göyçay” ticarət mərkəzi də “Ən Ucuz” marketlər şəbəkəsinin filialı hesab olunur. Bu market 10 il fəaliyyət göstərib. Həmin vaxtı bir mərtəbədən ibarət olduğundan V.Qələndərov 2005-ci ildə bu obyekti təmir-tikintiyə dayandırıb. Nəticədə həmin marketin yerində 4 mərtəbəli, sahəsi təxminən 4 000 kv.metr olan ticarət mərkəzi tikilib. Hazırda bu ticarət mərkəzinin tikintisi başa çatmaq üzrədir.
Qeyd edək ki, marketin fəaliyyətdə olan birinci mərtəbəsinin sahəsi 600 kv.metrə yaxındır. Vegilər İdarəsinə və digər rəsmi qurumlara təqdim olunan sənədlərdə bu marketdə 10 nəfər işçi çalışdığı qeyd olunur. Halbuki, “qara mühsaibatlıq” hesabatlarında işçilərin sayı 50 nəfər göstərilir. Hansı ki, bununla da “Ən Ucuz” marketin “Göyçay” filialında da 40 nəfərin adı Vergilər Nazirliyindən və DSMF-dən gizlədilməklə, külli miqdarda dövlət əmlakı mənimsənilir. İşçilərin maaş cədvəlinə əsasən deyə bilərik ki, 40 nəfərin orta aylıq əməkhaqqı toplam 12 000 manat edir və bu halda vergidən 2160 manat, DSMF-dən isə 3 000 manat vəsait oğurlanır.


“Göyçay”da da dövriyyənin əsas hissəsi gizlədilir



Bundan əlavə, “Göyçay” supermarketinin “qara mühasibatlıq” hesablarında da orta aylıq atış dövriyyəsi 450 000 manat olduğu halda, rəsmi sənədlərdə cəmi 50 000 min manat göstərilir. Bu zaman da aylıq satış dövriyyəsinin 400 min manat manatı gizlədilməklə, ciddi maliyyə maxinasiyalarına yol verilir. Nəzər alsaq ki, V.Qələndərov bu halda 18 faiz ƏDV ödəməli olacaqdı, deməli, yenə də 400 min manatın yayındırılması nəticəsində dövlət büdcəsindən 61 016 manat oğurlanıb.

Yenə də gəlir vergisi oğurluğu...



Əgər bu şəxsin qəbul olunmuş 20 faiz orta rentabelliklə fəaliyyət göstərdiyini də nəzərə alsaq, bu halda vergidən yayındırılmış vəsaitin təxminən 320 min manatı xərc, 80 min manatı isə xalis gəlir olar. Həmin vəsaitin də (80 min manatı) 20 faizi gəlir vergisinə cəlb olunardısa, Vüqar Qələndərov əlavə olaraq hər ay 16 min manata yaxın da gəlir vergisi ödəməyə məcbur olacaqdı. Lakin bu vəsait indiyə qədər V.Qələndərov tərəfindən mənimsənilib.

Hər ay dövlətdən 82 176 manat oğurlayır



Beləliklə, Vüqar Qələndərov “Ən Ucuz” marketlər şəbəkəsinin Sumqayıt şəhər H.Əliyev prospekti, 22-ci məhəllədə yerləşən ““Göyçay” filialında apardığı saxtakarlıqlar nəticəsində hər ay dövlət büdcəsindən toplam olaraq 81 204 manat oğurlayır. Hansı ki, bunun da 61 016 manatı ƏDV-dən, 16 min manatı gəlir vergisindən, 3 000 manatı DSMF-dən, 2160 manatı isə vergidən yayındırılan pullardır. Bu isə o deməkdir ki, Vüqar Qələndərov bu marketdəki saxtakarlıq nəticəsində il ərzində dövlət büdcəsindən 986 112 (986 min, 112) manat oğurluq edir.

Ceyranbatan filalındakı maliyyə maxinasiyaları



“Ən Ucuz” marketlər şəbəkəsinin Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən və sahəsi 1000 kv.metr olan 3 mərtəbəli supermarket də anoloji saktakarlıqlar şəraitində fəaliyyət göstərir.
Belə ki, bu marketdən Vergilər İdarəsinə və digər rəsmi qurumlara təqdim olunan sənədlərdə də burada cəmi 10 nəfərin çalışdığı qeyd olunur. Lakin “qara mühsaibatlıq” hesabatlarında işçilərin sayı 30 nəfərdir. Bununla da “Ən Ucuz” marketin Abşeronda yerləşən filialında da 20 nəfərin adı Vergilər Nazirliyindən və DSMF-dən gizlədilməklə, külli miqdarda yeyintiyə yol verilir. Biz burada çalışanların əlimizdə olan maaş cədvəlinə əsasən deyə bilərik ki, 20 nəfərin orta aylıq əməkhaqqı toplam 6 000 manat edir və bu halda vergidən 1 080 manat, DSMF-dən isə 1 500 manat vəsait oğurlanır.

Dövriyyədən 280 min manatalıq oğurluq



“Ən Ucuz” marketin Ceyranbatan filialının “qara mühasibatlıq” hesablarında da orta aylıq atış dövriyyəsi 300 000 manat olduğu halda, rəsmi sənədlərdə cəmi 20 000 min manat göstərilir. Bu zaman da aylıq satış dövriyyəsinin 280 min manatı gizlədilməklə, ciddi yeyintiyə yol verilir. Hansı ki, V.Qələndərov bu halda 18 faiz ƏDV ödəməli olacaqdı və faktiki olaraq 280 min manatın gizlədilməsi nəticəsində dövlət büdcəsindən 42 711 manat oğurlanıb.

Gəlir vergisi Vuqar Qələndərovun cibinə gedir



Əgər bu şəxsin qəbul olunmuş 20 faiz orta rentabelliklə fəaliyyət göstərdiyini də nəzərə alsaq, bu halda vergidən yayındırılmış vəsaitin təxminən 224 min manatı xərc, 56 min manatı isə xalis gəlir olar. Həmin vəsaitin də (56 min manatı) 20 faizi gəlir vergisinə cəlb olunardısa, Vüqar Qələndərov əlavə olaraq hər ay 11 200 manata yaxın da gəlir vergisi ödməyə məcbur olacaqdı. Lakin bu vəsait də V.Qələndərov tərəfindən mənimsənilib.

Hər ay dövlətdən 55 144 manat oğurlayır



Beləliklə, Vüqar Qələndərov “Ən Ucuz” marketlər şəbəkəsinin Ceyranbatan filialında apardığı saxtakarlıqlar nəticəsində hər ay dövlət büdcəsindən toplam olaraq 55 144 manat oğurlayır. Hansı ki, bunun da 42 711 manatı ƏDV-dən, 11 200 manatı gəlir vergisindən, 1 500 manatı DSMF-dən, 1 080 manatı isə vergidən yayındırılan pullardır. Bu isə o deməkdir ki, Vüqar Qələndərov bu marketdəki saxtakarlıq nəticəsində il ərzində dövlət büdcəsindən 661 692 (661 min, 692) manat yayındırır.
Beləliklə, V.Qələndərovun “Ən Ucuz” marketlər şəbəkəsinin 3 filialında həyata keçirdiyi saxtakarlıq nəticəsində dövlətdən toplam oğurladığı vəsaitlər 2 669 196 manata bərabərdir. Oxucularımıza da bəllidir ki, bu, onun dövlət büdcəsindən yayındırdığı vəsaitin hamısı deyil. Üstəlik, onun bütün supermarketlərinin ən böyüyü olan “Hiper”də həyata keçirilən saxtakarlıqların da miqyasının daha geniş olduğu şübhə doğurmur.
Odur ki, V.Qələndərovun “Hiper” ticarət mərkəzindəki oğurluq faktları növbəti yazıda izləyin.

Sual olunur...



Sumqayıtda mənimsənilən milyonlarla vəsaitin hesabını kim verməlidir? Özlərini Bəylər Eyyubovun yaxını adlandıran Zakir Fərəcov, Vüqar Qələndərov, Kənan Zeynallı kimilərin qanunsuz əməllərinə hüquqi qiymət verməyə borclu olan Dövlət qurumları niyə susur? Bu şəxslər Dövlətin qanunlarından və maraqlarından niyə üstün tutulur? Zakir Fərəcovu və onun ətrafını qoruyanlar cənab Prezidentə xəyanət etmirlər?
Hörmətli Baş Prokuror və hörmətli Vergilər nazirinin məsləyə münasibət bildirəcəyinə yenə ümid edirik.
Növbəti günlərdə Realliq.info-nun baş redaktoru İkram Rafiqoğlunun Sumqayıtda adıçəkilən şəxslərin özbaşınalıqları ilə bağlı Prezidentin Mühafizə Xidmətinin rəhbəri cənab Bəylər Eyyubova müraciətini dərc edəcəyik.
Realliq.info


  • 29.03.2017, 08:24, Oxunub: 5 278
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar