Ulduz futbolçu "El Klassiko"nun nəticəsini müəyyənləşdirdi


Ulduz futbolçu "El Klassiko"nun nəticəsini müəyyənləşdirdi
Bugün İspaniya La liqasının 33-cü turu çərçivəsində "El Klassiko" tarixi derbisi baş tutdu.
Realliq.info xəbər verir ki, baş tutan prinsipial qarşılaşmada qonaq komanda qalib gəldi. Belə ki, nəticə gözlənilənin əksinə oldu.
Real Madrid-2:3-Barselona (Kasemiro 28', Xames 86'; Messi 33' 90+2,Rakitiç 73')
İspaniya La liqasının 33-cü turu çərçivəsində baş tutan tarixi qarşılaşmada oyuna meydan sahibləri fəal başladı. Bunun da nəticəsi olaraq "Real Madrid" klubu 28-ci dəqiqədə cərimə zərbəsindən sonra Kasemiro ilə hesabı açsa da, sonradan "Barselona"lı ulduz futbolçu Lionel Messi hesaba tarazlığı gətirdi.(Real-1:1-Barselona)
Oyun qarşılıqlı hücumlar və qapıçıların möcüzəvi "save"ləri ilə keçdi. Baş tutan hücumların birində "Barselona"lı xorvatiyalı ulduz futbolçu İvan Rakitiçin uzaqdan qapını dəqiq nişan alması katalonları hesabda önə keçirdi.(Real-1:2-Barselona)
Derbidə ən maraqlı anlardan biri də oyunun 77-ci dəqiqəsində "Real" klubunun müdafiəçisi Serxio Ramosun qırmızı vərəqə alması oldu. Bir nəfər azlıqda qalmasına baxmayaraq, ev sahibi komanda 86-cı dəqiqədə oyuna yeni daxil olmuş kolumbiyalı ulduz Xames Rodriqesin zərbəsiylə hesabı bərabərləşdirdi.(Real-2:2-Barselona)
Hər kəs oyunun bu hesabla bitəcəyini gözlədiyi anda, qonaq komanda əks-hücuma keçərək argentinalı ulduz futbolçu Messi hakimin əlavə etdiyi son dəqiqədə dubl edərək katalonlara qələbə qazandırdı. Əzmkar oyunun sonunda meydandan "Barselona" klubu qalib kimi ayrıldı.(Real-2:3-Barselona)
Xatırladaq ki, bu hesab nəticəsində La liqada "Barselona" klubu Madridin "Real" klubu ilə xalları bərabərləşdirərək, oynanılan oyunlara görə liderliyə yüksəldi. "Real" klubu isə bir pillə gerilələyərək ikinci pilləyə düşdü.

  • 24.04.2017, 01:13, Oxunub: 1 884
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar