Almaniya Türkiyəyə xəbərdarlıq etdi


Almaniya Türkiyəyə xəbərdarlıq etdi
Türkiyədə edam qərarının qəbul olunması ilə bağlı referendum keçirilsə, Almaniya buna qarşı öz mövqeyini ortaya qoyacaq.

Realliq.info xəbər verir ki, bu sözləri Almaniya Sosial Demokrat Partiyasının 24 sentyabrda keçiriləcək parlament seçkilərində kansler postuna namizədi Martin Şults deyib.

“Əgər Türkiyə hökuməti edam referendumu keçirəcəksə, bunu bilməlidir: bu referendumda Almaniyada yaşayan türklər iştirak edə bilməz. Biz Almaniyada dəyərlərimizə, qanunlarımıza uyğun gəlməyən səsvermələrin keçirilməsinə izn verməyəcəyik”, - Şults bildirib.

  • 05.05.2017, 15:37, Oxunub: 2 668
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar