Rusiyanın son model tankı ABŞ-ı narahat etdi


Rusiyanın son model tankı ABŞ-ı narahat etdi
ABŞ hərbçiləri Avropada döyüşçülərə maksimum yaxın ərazidə yeni yüksək texnologiyalı kamuflyaj sınaqlarına başlayıb.

Realliq.info “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu, Rusiyanın kəşfiyyat üçün nəzərdə tutulan yeni optik-elekrtonik kompleksləri olan “Armata” tankları və digər hərbi maşınlara cavab reaksiyasıdır.

Sınaqları Avropada ikinci süvari alayının bazasında ötən həftə Barrakuda kamuflyajlı mobil sistem dəstləri ilə təmin olunan ABŞ hərbçiləri keçirir. Bu, hərbi texnikanı daha az nəzərə çarpan edir və infraqırmızı diapazona malikdir.

Ekspertlər bu yeni kamuflyaj texnikalarını Rusiya Federasiyası ordusundakı modernləşməyə kimi qiymətləndiriblər. Əsasən söhbət “Armata” tanklarından və “Kurqanets” döyüş maşınları kompleksindən gedir.

Rusiya istehsalı olan T-14 “Armata” üçüncü nəslin yeganə tankıdır.

T-14-lərin seriyalı istehsalına 2018-ci ildə başlanacaq.

  • 17.05.2017, 12:37, Oxunub: 1 050
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar