İlham Əliyev gəmilərin istismara verilmə mərasimində iştirak edib


 İlham Əliyev gəmilərin istismara verilmə mərasimində iştirak edib
Mayın 31-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının "Cəbrayıl" və "Qubadlı" yeni təchizat gəmilərinin istismara verilməsi mərasimi keçirilib.

Realliq.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Qubadlı" və "Cəbrayıl" təchizat gəmilərinin texniki göstəriciləri, təyinatı barədə dövlətimizin başçısına məlumat verdilər.

Bildirildi ki, hər iki gəmi SOCAR-ın dəniz obyektlərinə xidmət edən köhnə gəmiləri əvəzləyəcək. Gəmilərdən biri SOCAR-a məxsus "28 May", digəri isə "Ümid" yatağındakı platformalara xidmət göstərəcək.

  • 31.05.2017, 17:11, Oxunub: 1 415
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar