Putin: SSRİ-nin çöküşü XX əsrin fəlakətidir


Putin: SSRİ-nin çöküşü XX əsrin fəlakətidir
SSRİ-nin çöküşü XX əsrin fəlakətidir.

Realliq.info xəbər verir ki, bunu amerikalı rejissor Oliver Stouna müsahibəsində Rusiya Prezidenti Vladimir Putin söyləyib.

“Mən tez-tez SSRİ-nin parçalanmasından təəssüflənməyimlə bağlı ünvanıma yönələn tənqidlər eşidirəm. SSRİ-nin parçalanmasından sonra 25 milyon rus bir gecənin içərisində ölkə xaricində qaldı. Bu, həqiqətən XX əsrin ən böyük fəlakətlərindən biri idi. SSRİ-nin çöküşündən sonra əvvəlcə işartılar, sonradan isə genişmiqyaslı vətəndaş müharibəsinin özü göründü. Mən bunu xüsusilə, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri olanda anladım”, – deyə o bildirib.


  • 13.06.2017, 11:16, Oxunub: 917
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar