Bu gün din xadimi Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi keçirilir


Bu gün din xadimi Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi keçirilir
İyul ayının 3-də Azərbaycan Ruhanilər Məclsinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu, Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilir.

Maide.Az xəbər verir ki, məhkəmə Masallı Rayon Məhkəməsində keçirilir.

Qeyd edək ki, Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. O, qanunsuz olaraq “Cümə” namazı qılmaqda ittiham olunur.

Xatırladaq ki, bunadan öncəki məhkəmə prosesi iyun ayının 19-da Masallı Rayon Məhkəməsində keçirilib. Məhkəmədə şahidlər dindirilmişdir. Daha sonra dövlət ittihamçısı məhkəmədə çıxış etmək üçün İyul ayının 3-nə qədər hazırlıq vaxtı istəyib.

Məhkəmə prosesi İyul ayının 3-nə qədər təxirə salınıb.

  • 03.07.2017, 12:16, Oxunub: 1 289
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar