"Çelsi" klubu müdafiə xəttini gücləndirməyə davam edir


"Çelsi" klubu müdafiə xəttini gücləndirməyə davam edir
"Çelsi" klubu müdafiə xəttini gücləndirməyə davam edir.

Realliq.info ingilis mediasına istinadən xəbər verir ki, cari çempion gənc futbolçu Antonio Rüdigerlə 5 illik müqavilə imzalayıb. Alman müdafiəçi üçün mavi zadəganlar "Roma" klubuna ilkin olaraq 29 mln avro ödəsə də potensial olaraq müqavilə dəyərinin 33.3 mln avroya çatacağı da gözlənilir.

"Bu çox böyük bir hissdir, çünki hər oyunçunun belə bir iri kluba qoşulmaq imkanı yoxdur" deyə, Almaniya millisinin üzvü olan Rüdiger klubun rəsmi saytına bildirib.

Gənc futbolçu daha sonra mətbuata verdiyi açıqlamada, "Yeni komanda yoldaşlarımla görüşməyi səbrsizliklə gözləyirəm və rəsmi olaraq Çelsi futbolçusu olduğum üçün çox qürur duyuram" ifadələrinə yer verib.

Qeyd edək ki, bu transferdən öncə ingilis klubu "Mançester siti" klubunun qapıçısı Vilfredo Kabaliyeronu heyətinə qatmışdı.

  • 10.07.2017, 01:30, Oxunub: 532
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar