Ulduz futbolçu "Real"dan ayrıldı


Ulduz futbolçu "Real"dan ayrıldı
“Real”ın kolumbiyalı yarımmüdafiəçisi Xames Rodriges klubdan ayrılıb.

Realliq.info xəbər verir ki, ulduz futbolçu karyerasını Bundes liqada davam etdirəcək.

"PSJ" və “Mançester Yunayted”in də transfer planında olan 25 yaşlı yarımmüdafiəçi “Bavariya” ilə razılaşıb. Klublar arasındakı razılaşmaya görə, Xames qarşıdakı iki mövsümü icarə əsasında alman klubun heyətində keçirəcək. "Bavariya" 2 ildən sonra onu birdəfəlik transfer etmək hüququna da malik olacaq.

  • 11.07.2017, 15:50, Oxunub: 1 358
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar