İran və Küveyt körfəzdə yeni böhran təbilini çaldı


İran və Küveyt körfəzdə yeni böhran təbilini çaldı
İran və Küveyt arasında diplomatik münasibətləri ciddi şəkildə gərginləşib.

Realliq.info xəbər verir ki, İran və Küveyt arasındakı gərginlik körfəzdə yeni böhranı başladıb. Ərəb mətbuatının xəbərinə əsasən İranın Küveytdəki nümayəndəliyinin bəzi şöbələri bağlanıb. Ardından Küveyt hökuməti İranla olan diplomatik münasibətləri mövzusunda yeni addımlar atacağını bəyan edib.

Səbəb olaraq isə ötən il Küveyt məhkəməsi tərəfindən aralarında İran vətəndaşı da olan bir qrup şəxsin İran və Hizbullah lehinə casusluq etmək cinayətindən məhkum edilməsi göstərilir.

Küveyt məhkəməsinin qərarından sonra isə Küveyt hökuməti açıqlama verib: "Küveyt hökuməti diplomatik normalar çərçivəsində İran İslam Respublikası ilə münasibətlərini Vyana konvensiyasının qərarlarına uyğun olaraq şəkilləndirəcək və addımlar atacaq".

Bundan başqa isə 15 iranlı diplomatın ölkədən çıxarıldığı bildirilir.

  • 20.07.2017, 15:12, Oxunub: 1 043
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar