Səudiyyə şahzadəsi həbs edildi


Səudiyyə şahzadəsi həbs edildi
Səudiyyə Ərəbistanı Kralı Salman, Şahzadə Saudi ibn Saud bin Əbdüləzizi ictimai mediada bir adama silah doğrultduğu videoların yayılmasının ardından həbs etdirdi. Salmanın Şahzadə haqqında 'dərhal tutulması' təlimatını verməsindən başqa Youtube portalına video yükləyən bir qrup adam da nəzarətə alındı.

Realliq.info xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının qurucusu Əbdüləziz əl Səudun soyundan gəldiyi ifadə edilən şahzadənin həbs olunması, Youtube və Twitter kimi ictimai media platformalarında nəşr olunan və şahzadənin başından qanlar axan bir adama silah doğrultduğu qısa videolarından sonra gəldi.

Səudiyyə Ərəbistanı Al Ikhbariya kanalına görə, həbs olunan şahzadə Youtubedə 760 mindən çox dəfə göstərilən videolardan birində, bir masanın üzərində 18 şüşə viski və bir tumar pul olduğu görülür. Bir digər videoda isə avtomobildə oturan bir adamın başından qanlar axdığı bir digərində isə şahzadənin bir kürsüdə oturan adamı yumruqla vurduğu görülür.

Videoların ictimai mediada qısa müddət içində on minlərlə dəfə nəşr olunmasının ardından, ərəb istifadəçilər 'Şahzadə xalqı əzirr' etiketini istifadə edərək hadisə ilə əlaqədar reaksiyalarını paylaşdı.

Şahzadənin yanında Youtube portalına video yükləyən bir çox adamın nəzarətə alındığı ifadə edildi.

  • 20.07.2017, 17:47, Oxunub: 1 372
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar