BVF təsdiqlədi: Yunanıstan gözləmədə


BVF təsdiqlədi: Yunanıstan gözləmədə
Beynəlxalq Valyuta Fondunun (IMF) Direktorlar Şurası Yunanıstana 1,6 mlrd. avro (1,85 mlrd. ABŞ dolları) həcmində kreditin ayrılmasını təsdiqləyib.

Realliq.info "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, IMF-dən gələn açıqlamada anlaşmanın qüvvəyə minməsi üçün Direktorlar Şurasının ikinci qərarı qəbul edilməlidir.

Qeyd edək ki, IMF-lə Yunanıstan arasındakı anlaşmanın müddəti 2018-ci ilin avqust ayında bitir. IMF sədri Kristian Laqard (Christian Lagarde) 2015-ci ildə
Yunanıstana maliyyə yardımının ayrılmasına qarşı çıxsa da, bu ilin iyun ayında ölkənin lazımi islahatlar keçirdiyini əsas gətirərək Direktorlar Şurasını növbəti kredit köçürməsini ayırmağa çağırıb.

Xatırladaq ki, Yunanıstan 2015-ci ilin əvvəlində maliyyə böhranı ilə üzləşib və indiyədək bu ölkədəki iqtisadi problemlər davam edir.

  • 21.07.2017, 14:48, Oxunub: 980
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar