Şərqi Qüdsdə bir nəfər həyatını itirdi


Şərqi Qüdsdə bir nəfər həyatını itirdi
İsrail qüvvələrinin, işğal altındakı Şərqi Qüdsün Ras əl-Amidi bölgəsində qılınan cümə namazından sonra camaata müdaxilə etdiyi hadisələrdə bir Fələstinli həyatını itirdi.

Realliq.info Anadolu agentliyinə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən edilən yazılı açıqlamada, "Ras əl-Amidi bölgəsində yaşanan hadisələrdə başından yaralanan bir Fələstinli şəhid oldu." ifadələrinə yer verildi. Açıqlamada ölən Fələstinlinin şəxsiyyətinə bağlı bir məlumat yer almadı.

Yerli mənbələrə görə isə Qüdsdə öldürülən fələstinlini polis deyil Yəhudi məskunlaşmaçılar vurdu.

Digər tərəfdən namaz sonrası İsrail polisinin müdaxiləsi Qüdsdə başlayan hadisələr böyük nisbətdə dayandı. Qüds küçələrində səssizliyin hakim olduğu müşahidə edilərkən, işğal altındakı Qərbi Şəriyədə isə hadisələr davam edir.

  • 21.07.2017, 18:00, Oxunub: 616
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar