Qüdsdə son vəziyyət - İsrail bu qərarı da ləğv etdi


Qüdsdə son vəziyyət - İsrail bu qərarı da ləğv etdi
İsrail hökuməti Əl-Əqsa məscidi ətrafındakı dəmir baryerlərin yığışdırılması ilə bağlı qərar qəbul edib.

Realliq.info xəbər verir ki, bununla bağlı İsrail televiziyası məlumat yayıb.

Qeyd edək ki, İsrail polisi Əl-Əqsa məscidinə dəmir detektorlar quraşdırmış və yaşı 50-dən az olan insanların bura daxil olmaması üçün məscidin ətrafına dəmir baryerlər qurmuşdu. Fələstinlilərin bu qərara etirazından sonra İsrail tərəfi dəmir detektorları təhlükəsizlik kameraları ilə əvəzləmişdi.

  • 27.07.2017, 10:31, Oxunub: 1 414
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar