Lerikdə fabrikdə partlayış: Ölən və yaralananlar var - Adlar/Yeniləndi


Lerikdə fabrikdə partlayış: Ölən və yaralananlar var - Adlar/Yeniləndi
11:56

Lerik partlayış olub.

Realliq.info xəbər verir ki, rayonun Piran kəndi ərazisində yerləşən broyler fabrikində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, iki nəfər xəsarət alıb. Yaralananlar birinə rayonun Mərkəzi Xəstəxanasında ambulator yardım göstərilib, evə buraxılıb. Digər şəxs isə xəstəxanaya yerləşdirilib. Ölən və yaralananların hər üçü eyni kənd sakinidir.

Hadisə yerinə təcili tibbi yardım maşını göndərilib.

Hazırda prokurorluq, polis və FHN işçiləri də hadisə yerindədir, ərazidə araşdırma aparır.

Partlayışın dərəcəsi və səbəbləri araşdırılır.

***

Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub.

Rayonun Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, ölən şəxs 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədovdur.

Partlayış nəticəsində xəsarət alanlar isə 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanovdur.

  • 27.07.2017, 13:35, Oxunub: 2 044
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar